AZ

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Şimali

Bakı, 18 aprel, AZƏRTAC

Sergeyevsk su anbarında suyun səviyyəsində təkrar artım müşahidə olunur, Şimali Qazaxıstan vilayətində daşqınla bağlı vəziyyət ümumilikdə ağır olaraq qalır.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, regionda daşqınların birinci dalğası keçdikdən sonra suyun səviyyəsi 250 santimetrə qədər azalmışdı. Lakin ikinci dalğanın gəlməsi ilə yenidən yüksəlmə başlayıb və bu gün saat 10:00-da 21 santimetr artım qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çətin vəziyyət Qızılcar rayonunda və Petropavlovsk şəhərində müşahidə edilir. Rayonun bir sıra yaşayış məntəqələri və mikrorayonları su altında qalıb. Daşqın başlayandan indiyədək rayonda 2 min 886 evi su basıb, ərazidən 14 min 388 nəfər təxliyə edilib. Təxliyə məntəqələrində 1073 nəfər yerləşdirilib.

 

 

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla