AZ

"Antiterror əməliyyatından sonra,Monitorinq Mərkəzi heç bir iş görmürdü" - Ekspert

"Antiterror əməliyyatından sonra,Monitorinq Mərkəzi heç bir iş görmürdü" - Ekspert

Xəbər verdiyimiz kimi Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:

"Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda təşkil edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər tərəflərin qarşılıqlı koordinasiyası şəraitində davam edir"- deyə Türkiyənin Milli Müdafiə bildirib.

Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az-a açıqlama verib.

Ekspert bildib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırması gözlənilən idi:

"Ümumiyyətlə Rusiya sülhməramlılarının Azərbayacanı tərk etməsindən sonra Monitorinq Mərkəzi fəaliyyətinin ehtimalı yox idi. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin konkret olaraq istiqaməti var idi. Dağlıq Qarabağ ətrafındakı erməni silahları ilə Azərbaycan ordusu arasındakı təmas xəttinə dron vasitəsi ilə nəzarət etmək moniqorinq mərkəzinin əsas fəaliyyəti idi . Monitorinq mərkəzi hansı addımlar atıldığı ilə bağlı öz ölkələrinə və Azərbaycana hesabat verirdi.

Antiterror əməliyyatından sonra, monitoriq mərkəzi bağlanmalı idi. Çünki, antiterror əməliyyatından sonra, Monitorinq Mərkəzi heç bir iş görmürdü. Təmas xətti yox idi. Monitorinq Mərkəzini Ermənistan Azərbaycan sərhəddinə göndərmək də mümkün deyildi. Çünki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumda konkret olaraq bu merkezin harada fəaliyyət göstərəcəyi qeyd olunmuşdu. Bu mərkəzin bağlanacağı gözlənilirdi. Rusməramlıların Qarabağı tərk etməsindən sonra bu məsələ də həllini tapdı. Bu da on dəməkdir ki, Azərbaycan ərazisində heç bir ölkənin silahlı qüvvəsi qalmadı".

Seçilən
77
47
Mənbələr
Şərh ()
Bağla