AZ

"Dinamo" "Qusar"a qarşı - YENİLƏNİR

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 21-ci turun oyunları davam edir. Srağagün turun növbəti iki qarşılaşması keçirildi. İmişli təmsilçisi “Kür-Araz” səfər oyununda “Şəfa”nın qapısından 6 cavabsız top keçirdi. Maraqlıdı ki, qollardan dördünü vaxtilə ölkənin ən istedadlı futbolçularından sayılan Cavid İmamverdiyev vurdu.

Digər görüşdə isə çempionluğa əsas iddialılardan sayılan “Cəbrayıl” Ağdaş səfərindən qələbə ilə qayıtdı. Cavid Hüseynovun çalışdırdığı komanda bununla da yenidən turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi, daha dəqiqi, “Füzuli”yə şərik oldu. Tura bu gün keçiriləcək “Dinamo” – “Qusar” matçıyla yekun vurulacaq.

16 aprel
Şəfa – Kür-Araz 0:6

Nicat Fərəcli, 18. Cavid İmamverdiyev, 36; 41; 53; 67. Ramazan Abbasov, 43.
Ağdaş – Cəbrayıl 1:3
Elvin İsmayılov, 81 – Əli Nəcəfli, 45+1. Ruslan Voronsov, 70. Elşad Əliyev, 90+1.

18 aprel
Dinamo – Qusar

Binə. Qəsəbə stadionu. Saat 16.00.
Xal durumu: Baku Sportinq – 49, Cəbrayıl, Füzuli – 46, Şahdağ Qusar – 44, Qusar – 38, Sheki City – 35, Kür-Araz - 32, Göygöl – 29, Dinamo – 24, Ağdaş – 20, Lerik – 16, Şəfa, Şəmkir – 13, Kürmük Qax – 11.
Bombardirlər: Tural Qurbatov (Şahdağ Qusar) – 24, Elvin Nəsibov (Cəbrayıl/Füzuli) – 21.

KAMAL SƏFƏR

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla