AZ

Şoyqu yaralıların döyüş meydanından çıxarılması üçün robot-kompleksin seriya buraxılmasını əmr edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu yaralıların cəbhə xəttindən təxliyəsi üçün yerüstü perspektivli tibbi robot kompleksinin dərhal istehsalına göstəriş verib.

Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.

Nazir qeyd edib ki, təqdim olunan perspektivli yerüstü tibbi robot texnika kompleksinə böyük tələbat var. Şoyqu tərtibatçılar qarşısında öz səylərini onun sürətlə təkmilləşdirilməsinə, optimallaşdırılmasına və kütləvi istehsalına yönəltmək vəzifəsi qoyub.

O, vurğulayıb ki, belə maşınlar mümkün qədər qoşunlara tez daxil olmalı və ucuz olmalıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla