AZ

Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"

style='margin-bottom:10px;'>

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının Çempionlar Liqasında mübarizəni dayandırmasından danışıb.

QOL.az xəbər verir ki, London təmsilçisi turnirin 1/4 finalında "Bavariya" ilə ilk görüşdə heç-heçə (2:2) etsə də, cavab oyununda uduzub - 0:1. Bununla da İngiltərə klubu ÇL ilə vidalaşıb.

Arteta görüşdən sonra açıqlamasında "Arsenal"ın ÇL-də təcrübəsiz olduğu üçün mərhələ adlamadığını deyib: 

“7 ildir ki, bu turnirdə oynamırıq. 14 ildir ki, Çempionlar Liqasının 1/4 finalına çıxmırdıq. Bunun bir səbəbi var. Biz nəticələrimizi yaxşılaşdırmaq üçün əlimizdən gələn hər şeyi etmək istəyirik. Çempionlar Liqasında oynamağı öyrənməliyik. Ancaq bu, illər çəkəcək".

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla