Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Yaponiyanın ABŞ-ın nüvə missiyalarına qoşulması Asiya-Sakit okean regionunda (APR) vəziyyətə mənfi təsir göstərə bilər.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin nümayəndəsi müvafiq bəyanatla həftəlik brifinqdə çıxış edib.
Diplomat qeyd edib ki, yapon siyasətçiləri öz “anti-nüvə prinsiplərini” unudublar.
"Rəsmi Tokionun bu münasibəti dünyanı Asiya-Sakit okean regionunda son dərəcə təhlükəli xəttə yaxınlaşdırmağa qadirdir", - Zaxarova bildirib.
Həmçinin, Zaxarova yapon həmkarlarının Cənubi Kuril adalarının guya “qanunsuz işğalı” ilə bağlı hesabatını şərh edərkən qeyd edib ki, Rusiyanın bu ərazilər üzərində suverenliyi danılmazdır və müzakirə mövzusu deyil.