AZ

Ermənistan Qərbin əlində alətdir - Rusiya XİN

Bakı. Trend:

Ermənistan Qərbin əlində Cənubi Qafqazda vəziyyətigərginləşdirmək üçün sadəcə alətidir.

Trend xəbərverir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuatxidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.

"Aydın məsələdir ki, Vaşinqton və Brüsseldə Rusiya və Ermənistanarasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütünəlaqələri pozmaq, eləcə də, Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB)mexanizmlərini korlamaq məqsədi qoyulub.

Qərb ölkələri Cənubi Qafqazda yaxın qonşuların arasını vurmağaçalışır və burada Ermənistan Cənubi Qafqazda vəziyyətigərginləşdirmək üçün ABŞ və Aİ-nin sadəcə alətidir", - o deyib.

Bundan başqa, Rusiya XİN nümayəndəsi Brüssel görüşündə Aİ, ABŞvə Ermənistan arasında qəbul edilmiş sənədə də münasibətbildirib.

"Sənəddə rus sülhməramlılarının ABŞ, Aİ və NATO mütəxəssisləriilə əvəz olunması, amerikalıların və Aİ-nin Ermənistan sərhədindəAzərbaycan və İrana qarşı pozucu fəaliyyətinin genişləndirilməsi,eləcə də, Ermənistanın kritik əhəmiyyət kəsb edən infrastruktur vəenerji sisteminin təkrar yönləndirilməsi nəzərdə tutularsa, bunatəəccüblənmərik. Həqiqətən, ABŞ və Aİ nümayəndələri aktiv şəkildəbu fikirləri İrəvana təlqin ediblər", - o deyib.

Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon derLyayen, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlikməsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell, ABŞ dövlət katibiAntoni Blinken, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID)rəhbəri Samanta Pauer və Ermənistanın baş naziri Nikol Paşinyanaprelin 5-də Brüsseldə görüşüb.

Görüşün yekunlarına əsasən bəyan olunub ki, Aİ Ermənistan üçün2024-2027-ci illər üçün 270 milyon avro dəyərində Davamlılıq vəİnkişaf Planı irəli sürəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla