AZ

Xalq artisti Yaponiyada başına gələn maraqlı hadisədən danışdı: “Nə baş verdiyini anlamadım”

“Həmişə deyirəm, Allahım, məni üzümə gülüb, arxamca danışan insanlardan qoru. Çünki düşmənimi özüm tanıyıram…”

Bu sözləri Yenicag.az– açıqlamasında Xalq artisti Zümrüd Məmmədova deyib.

Doğum günün qeyd edən müğənni özəl günü ilə bağlı təəssüratlarını da bölüşüb:

“Yaşlanırıqsa, demək ki, yaşayırıq. İnsan bilmir, bir dəqiqədən sonra başına nə iş gələcək. Hər anın bir hökmü var. Allahıma şükür edirəm ki, bu yaşın da gözəlliyini yaşamağı mənə nəsib etdi.

Hər adama yaşlanmaq nəsib olmur. İki il öncə Allahım mənə doğum günümdə nənə olmağı da qismət etdi. Bu gün ikimizin də – nənə Zümrüdlə, nəvə Zümrüdün doğum günüdür.

İndiyə qədər ən yadda qalan doğum günüm illər öncə Yaponiyada olub. Aparıcı səhnəyə çıxdı, yapon dilində uzun-uzadı danışdı. Mən də elə bilirdim musiqidən danışır. Gördüm, hamı ayağa qalxıb ayaq üstə alqışlayır. Səhnəyə tort gətirildi və yenə də mən anlamadım ki, nə baş verir. Sən demə, mənim doğüm günümü qeyd etmək üçün hazırlaşıblarmış. Bütün yaradıcılığımı danışıb, sonda məni səhnəyə dəvət etdilər. Bu, bir müğənni üçün əvəzi olmayan bir hədiyyə idi”.

Z.Məmmədova sənət yolunda qarşılaşdığı paxıl insanlardan da danışıb:

“Hər zaman paxıllıqla qarşılaşmışam. Xarici ölkələrə qastrol səfərlərinə gedəndə eşitmişəm arxamca deyiblər, yenə də bunu apardılar, biz qaldıq. Amma heç vaxt elə insanlara reaksiya bildirmədim. Başımı aşağı salıb, sənətmlə məşğul oldum. Paxıllıq hissi elədir ki, insanı içindən yeyir. Allahıma həmişə deyirəm, məni üzümə gülüb, arxamca danışan insanlardan qoru”.

Cəvahir

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla