AZ

Hizbullahın İsrailə həmlə üçün sitifadə etdiyi PUA İran istehsalı olub

İsrail mediası yerli vaxtla günorta aprelin 17-i Livanın cənubundan İsrailin şimali səma sərhəddinə keçmiş PUA-nın İran istehsalı olduğunu deyib.

Bildirilib ki, “Əbabil” növündən olan hücumçu PUA İran tərəfindən Hizbullahın sərəncamına verilib. 

İsrailin havadan müdafiə sistemləri onu müəyyən etmədiklərinə görə həmlə nəticəsində İsarailin hərbi postunda 14 hərbçi yaralanıb. 

Həmlədən sonra sərhəd bölgəsində atışmalar artıb və İsrail ordusu havadan və yerdən həmləyə başlayaraq Livan ərzaisinin daxilində sərhəddən 80 km məsafədə yerləşən hədəfləri vurub.

Həmin sayda hərbçinin yaralanması ilə ordunun keçmiş generalları İran əvəzinə, Tehranın ən önəmli proksi qüvvəsi olan Hibullaha müharibə elan edilməklə daha geniş miqyaslı vurulmasını təklif ediblər. 

visiontv.az



Seçilən
62
Mənbələr
Şərh ()
Bağla