AZ

Türkiyədə xəzinə axtaran 3 nəfər həyatını itirib

Türkiyənin Bursa şəhərində xəzinə axtaran 3 nəfər həyatını itirib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın İznik rayonunda 3 nəfər xəzinə axtarmaq üçün mağaraya girib.

İtkin düşən şəxslərin yaxınları bir müddət sonra Jandarma Komandanlığına və aidiyyəti qurumlara müraciət ediblər.

Mağarada qazdan zəhərlənərək öldüyü ehtimal edilən 3 nəfərin cəsədi əməkdaşlar tərəfindən çıxarılıb.

Şəbnəm Mehdizadə

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla