AZ

Sülhməramlıların getməsi Azərbaycanın yürütdüyü siyasətin məntiqi sonluğu oldu - Azər Qarayev

Bakı. Trend:

Biz növbəti dəfə Azərbaycan dövlətinin, Azərbaycan Prezidentininsiyasətinin qətiyyətini gördük. Ümumiyyətlə, son dövlər Prezidentİlham Əliyevin yürütdüyü siyasətin necə zərgər dəqiqliyi iləhesablandığı hər dəfə isbatlanır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, sülhməramlıların Azərbaycan ərazisinitərk etmələri heç də təsadüfi deyil.

“Vurğulanmalıdır ki, Azərbaycan və Rusiya arasında münasibətlərkifayət qədər yüksək səviyyədədir və sülhməramlıların ölkəmizi tərketməsi həm də ikitərəfli münasibətlərin göstəricisidir. Münaqişəninhəllindən sonra Rusiya anladı ki burada qoşunlarını saxlamaqmənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılmasıdaha yaxşı əməkdaşlıq üçün imkanlar açır.

İkinci Qarabağ müharibəsi və ondan sonra keçirilən lokalanti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tambərpa etdi. Bütün bunlar isə Azərbaycan tərəfindən dəqiqlikləhesablanmış siyasətin tərkib hissəsi idi”.

Politoloq vurğulayıb ki, 10 noyabr bəyanatı imzalanarkənsülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsimaddəsində məhz Prezident İlham Əliyev israr etmişdi.

“Həmin dövrdə biz bəzi qaragüruhçular tərəfindən bu məsələ iləbağlı eşidirdik ki, “rusiyalı sülhməramlılar burada qalacaq,getməyəcəklər” və s. Amma bu gün biz növbəti dəfə şahidlik edirikki, Azərbaycan Prezidenti nəyi nə vaxt etməyi özü bilir.Sülhməramlılar nəinki 2025-ci ildə, hətta daha tez Azərbaycanı tərkedirlər. Bu proses tamamilə Azərbaycan xalqının mənafeyinə uyğunşəkildə baş verir. Deməli, bəziləri hadisələri qabaqlamaqda ciddiyanlışlığa yol vermişdilər”.

A.Qarayev onu da əlavə edib ki, bəzi dairələr bu məsələdə dəikili standartlar nümayiş etdirirlər.

“Bir sıra Qərb dairələri münaqişənin həll olunmasını vəsülhməramlıların Azərbaycan ərazisini tərk etməsini alqışlamaqəvəzinə, məsələni neqativ yöndə şərh edirlər. Əlbəttə, bu datəəccüblü deyil, çünki Cənubi Qafqazda sülh olmamasında maraqlıqüvvələr var və onlar müxtəlif yollarla öz məqsədlərinə çatmaqistəyirlər. Azərbaycana təzyiq göstərə bilməmələri onlarda müəyyənqıcıq yaradır. Həmin qüvvələr regionda davamlı sülhün təminolunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərinigüdürlər.

Dövlətimiz isə hər zaman Aəzrbaycan xalqının mənafeyini əsasgötürərək, müstəqil siyasət yürüdür və hansısa geosiyasi məqsədlərəxidmət etmir. Sülhməramlıların Azərbaycan ərazisini tərk etməsi dəAzərbaycanın yürütdüyü siyasətin məntiqi sonluğu oldu, artıq açıqqalan heç bir məsələ qalmadı”.

Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla