AZ

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə ilə bağlı kompleks işlər icra edilir. Şübhəsiz ki, uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir".

Bu sözləri BiG.AZ-a politoloq Yusif Bağırzadə deyib.

O bildirib, dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakı da bu sahədə görülən işlərin bariz göstəricisi hesab edilə bilər. Məlumdur ki, aprelin 8-də Prezident tərəfindən Yuxarı Şirvan suvarma kanalının adının dəyişdirilməsi və yenidən qurulması ilə bağlı sərəncam imzalanmışdı. Və üstündən bir neçə gün keçdikdən sonra artıq həmin kanalın təməlqoyma mərasimi keçirildi.

"Qeyd edim ki, ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edirdi. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdu. Məhz bu səbəbdən də kanalın yenidən qurulması lazım idi ki, bu istiqamətdə də konkret adımlar atıldı.
Bu özü-özlüyündə olduqca əlamətdar hadisədir. Belə ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.
Təməlqoyma mərasimindəki çıxışında dövlət başçısı bugünədək icrası başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən də geniş bəhs etdi və bildirdi ki, Azərbaycan güclü, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq".
Həqiqətən də görülən işlərin həcminə baxdıqda qüruru duymamaq mümkün deyil. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışının gözlənilməsi, Zabuxçay su anbarının tikntisi, Suqovuşan su anbarının demək olar ki, yenidən qurulması, gələn ildən etibarən Qarabağ kanalının inşasına başlanılması, artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox yeni su anbarının inşa ediləcəyi, Həkəriçay və Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi ilə bağlı planlaşdırılan işlər dövlətimiz tərəfindən su probleminin aradan qaldırılması üçün atılan addımların bariz nümunəsidir.
Eyni şəkildə cənab Prezidentin də dediyi kimi Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi də hökumətin önəmli təşəbbüsüdür ki, bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm də içməli su kimi istifadə etmək mümkün olacaq. Həyata keçirilən və icrası planlaşdırılan layihələrin ölkəmizin su tsərrüfatını tamamilə yeni bir səviyyəyə qaldıracağı şübhəsizdir".
AYSEL ƏKBƏR


BiG.Az
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla