AZ

Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti DAYANDIRILIR

Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti dayandırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:

“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, - məlumatda bildirilir.
 
Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi yaratmaq barədə anlaşma memorandumu imzalayıblar. Mərkəz növbəti il yanvarın 30-dan etibarən fəaliyyət göstərməyə başlayıb.

Seçilən
84
47
Mənbələr
Şərh ()
Bağla