AZ

Professordan bu xəstəliyi olanlara XƏBƏRDARLIQ: “Özbaşına qəbul etmək olmaz”

“Vərəmə qarşı pereparatları xəstənin aptekdən alaraq, özbaşına istifadə etməsi məqsədəuyğun sayılmır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında apteklərdə bəzi dərman vasitələrinin əldə oluna bilməməsinin səbəbləri haqda danışan professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, vərəm dövlət proqramı ilə müalicə olunan xəstəlik olduğuna görə onun dərman vəsaitləri dövlət tərəfindən verilir.

“Bildiyimiz kimi, Azərbaycan dərman məsələsində idxaldan asılı ölkədir. Adətən Rusiya, Ukraniya, Belarusiya, Türkiyə və İrandan müəyyən dərmanlar idxal edilir. Dərman pereparatları idxalında ən çox yük Rusiya və Ukraniyanın üzərinə düşür. Həmin ölkələrdə infrastruktura xeyli zərər dəydiyinə görə, bəzi dərman pereparatların yoxa çıxması müşahidə oluna bilir”, – deyə o əlavə edib.

Vərəmə gəldikdə isə A.Qeybulla qeyd edib ki, bu xəstəlik dövlət proqramı ilə müalicə olunan bir xəstəlikdir:

“Vərəmə qarşı pereparatları xəstənin aptekdən alaraq özbaşına istifadə etməsi məqsədəuyğun sayılmır. Bu yalnız “DOTS”və “DOTS+” dövlət proqramları ilə müalicə olunduğuna görə dərmanlar da dövlət tərəfindən verilir. Yaxşı olar ki, xəstələr vərəm dispanserlərinə qeydiyyata düşərək, tam müalicə olunsun. Sağalma meyarları tam müəyyən edildikdən sonra isə müalicə dayandırıla bilər. Təəssüf ki, xəstələr bəzən yaxşılaşdıqdan sonra müalicəni davam etdirmir. Bu da prosesin xroniki formaya keçməsinə səbəb olur. Ona görə də bəzi dərman pereparatlarının, o cümlədən, vərəm kimi ciddi diaqnozun özbaşına müalicə olunması məqsədəuyğun deyil. Bu yalnız dispanser nəzarətində müalicə olunmalıdır”.

İsmayıl Bakuvi

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla