AZ

Çin və Rusiya İsrailə QARŞI: Sanksiya TƏLƏB ETDİLƏR

Çin və Rusiya İsraili BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl etmədiyinə görə tənqid edib.

İnterpress.az xəbər verir ki,bu barədə Çin Xalq Respublikasının BMT-dəki səfirinin müavini Şuanq bildirib..

Çin və Rusiya Federasiyası təşkilatın iclasında İsraili BMT Təhlükəsizlik Şurasının 25 mart 2024-cü il tarixli qətnaməsini yerinə yetirməyə çağırıb.

Çin həmçinin Yəhudi Dövlətini Qəzza zolağının cənubundakı Rəfiyyə qəsəbəsindəki əməliyyatı dayandırmağa çağırıb.

Öz növbəsində, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Nebenzya bu qətnaməyə əməl etmədiyinə görə İsrailə qarşı sanksiyaların tətbiq edilməsini təklif edib.

Xatırladaq ki, martın 25-də BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS arasında müharibə başlayandan bəri ilk dəfə olaraq “Ramazan ayı ərzində dərhal atəşkəs və bütün girovların qeyd-şərtsiz azad edilməsini” tələb edən qətnamə qəbul edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
37
12
Mənbələr
Şərh ()
Bağla