AZ

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".

 

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov  brifinqdə deyib.


"800-ə yaxın təhsilalanın olduğu 5 ümumtəhsil müəssisəmiz var. Onların təlim-tərbiyəsi ilə 100-dən çox müəllim məşğul olur. Tikintisi davam etdirilən 13 ümumtəhsil müəssisəsi var. Gələn il fəaliyyətə başlaması üçün növbəti aylarda 6 müəssisənin də tikintisinə başlanılacaq",- o bildirib.

 

Firuzə Əliyeva

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla