AZ

"Təslimçilik prosesi dayanmalıdır" - Revanşistlər İrəvanda aksiyaya başladı

Aprelin 18-də ictimai xadim Vaaqn Çaxalyan və tərəfdarlarının təşəbbüsü ilə Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçirilib.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, aksiyada ictimai xadim Vaaqn Çaxalyan və tərəfdarları iştirak edirlər.

Jurnalistlərlə söhbətində o, hakimiyyət dəyişikliyinə can atmadığını deyib.

“Mən bu təslimçilik prosesini dəyişdirmək istəyirəm. Bu proses dayandırılmasa, dövlətçiliyimizin itirilməsinə sayılı günlər qalıb. Ermənistanın ərazi bütövlüyü yalnız Respublika meydanında qorunub saxlanıla bilər”.

Aksiyanın digər iştirakçısı Arman Mxitaryan milli azadlıq mübarizəsinin başladığını bildirib.

Zaur
BakuPost\
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla