AZ

Məhkəmə “Barselona”ya qadağa qoydu

İspaniya məhkəməsi “Barselona” rəhbərliyinin planına qarşı çıxıb.

"Football-plus.az" xəbər verir ki, məhkəmə klubun “Nike” ilə əməkdaşlığı birtərəfli ləğv etmək istəyi ilə bağlı qərar verib.

Xatırladaq ki, “Barselona” daha əvvəl “Nike” ilə müqaviləni çoxdan ləğv etmək istəyirdi. Lakin şirkət İspaniya klubunu buna görə məhkəməyə vermişdi. “Relevo”nun məlumatına görə, hüquq-mühafizə orqanı ABŞ-nin idman mallarının istehsalı üzrə ixtisaslaşan məşhur brendinin müraciətindən sonra “Barselona”nın müqaviləni birtərəfli qaydada ləğv etməsinə qadağa qoyub. Müqavilə mübahisənin yekun həllinə qədər qüvvədə qalacaq və “Nike” 2028-ci ilə qədər “Barselona” ilə əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, şirkət hər il kluba 120 milyon avro ödəyir. Bəzi mənbələr bu rəqəmin azaldıla biləcəyini istisna etmir.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla