Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann "Bavariya" ilə danışıqlar aparır.
Futbolpress.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında mütəxəssisin agenti deyib.
O qeyd edib ki, hər şeyə yaxın günlərdə aydınlıq gələcək.
Nagelsmannın Almaniya millisi ilə müqaviləsi AVRO-2024-dən sonra başa çatır.
Bundesliqa klubunun hazırkı məşqçisi Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacaq.