AZ

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Burkina-Faso

Bakı, 18 aprel, AZƏRTAC

Burkina-Fasonun Xarici İşlər Nazirliyi təxribat fəaliyyətinə görə üç fransalı diplomatı “arzuolunmaz şəxs” elan edib.

AZƏRTAC xəbər verir ki, France-Presse agentliyinin məlumatına görə, bu barədə Fransanın Uaqduqudakı səfirliyinə daxil olan notada deyilir. Notaya əsasən, fransalı diplomatlar 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir.

Dekabrın 1-də Burkina-Fasoda diplomatik pasportlara malik dörd fransalı casusluqda şübhəli bilinərək saxlanılmışdı. Paris onların texniki işlər görmək üçün diplomatik missiyanın dəvəti ilə Uaqduquya gəldiyini iddia edir.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında İbrahim Traorenin rəhbərlik etdiyi hərbi qruplaşmanın dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsindən sonra Fransa və Burkina-Faso arasında münasibətlər pisləşib.

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla