AZ

Marukyan: Ruslar getsin, skandinavlar gəlsin

"Yadınıza gəlirmi, bizə (?-red.) Rusiya sülhməramlı qoşunları Qarabağ ərazisini tərk edərlərsə, o zaman Skandinaviya sülhməramlılarının gələcəyini deyirdilər".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xüsusi tapşırıqlar üzrə səfiri, “Parlaq Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan sosial şəbəkələrdə yazıb.
“İndi bütün bunları deyənlər Skandinaviya sülhməramlılarının Qarabağa gəlməsini və insanların Qarabağa qayıtmasını tələb etsinlər.

Rusiya sülhməramlılarının çıxarılmasından və Skandinaviya sülhməramlılarının gəlməsindən danışanlar bu məsələni gündəmə gətirməsələr, mən onlara ad çəkməyə məcbur olacağam. Öz sözlərinizə əməl etsəniz, daha yaxşı olar. Biz Skandinaviya sülhməramlı kontingentini gözləyirik”, – deyə o yazıb.


Musavat.com

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla