AZ

Biz istədiyimizə nail olduq - Sahil Kərimli (VİDEO)

Bakı. Trend:

Sülhməramlıların tez bir müddətdə ölkəmizdən çıxarılmasıAzərbaycan dövlətinin, Prezident İlham Əliyevin düşünülmüş,qətiyyətli və milli maraqlarımıza söykənən siyasətinin nəticəsidirki, bu gün biz istədiyimizə nail olduq.

Trend xəbər verir ki, bunu TrendBİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli ARB 24-əaçıqlamasında deyib.

"Açıq etiraf edək, elə 10 noyabr bəyannaməsindən sonra damüxtəlif dairələrdə rəylər və bəyanatlar verilirdi ki,sülhməramlılar bura nəinki 5 illik gəliblər, hələ bundan sonrakı 5il də uzadılacaq", - deyə o bildirib.

Ətraflı videoda:

Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ötəngün Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasınıtəsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Xarici siyasətməsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyasülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədəməlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-daimzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasınınərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyasısülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəlçıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarqəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və RusiyaMüdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiqtədbirləri həyata keçirirlər.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Rusiya sülhməramlıkontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxmasıprosesini əks etdirən kadrlar yayılsa da bununla bağlı hər hansıbir rəsmi açıqlama yox idi.

Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşənXudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəngmonastrını Azərbaycan polisi mühafizə edir.

Məqalədə:
Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla