AZ

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Britaniyalı

London, 18 aprel, AZƏRTAC

Böyük Britaniyanın Mühafizəkarlar partiyasının deputatı Mark Menzis barəsində partiyanın kampaniya fondlarından sui-istifadə etdiyi iddiasına görə araşdırma başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Mark Menzisin donorlar tərəfindən verilən 14 min funt sterlinqdən öz tibbi xərclərini maliyyələşdirmək üçün istifadə etdiyi iddia olunur. Xəbərdə qeyd edilir ki, deputat həmin pulların heç bir hissəsini geri ödəməyib.

Mark Menzis “The Times” nəşrinin yaydığı iddiaları rədd etsə də, Mühafizəkarlar Partiyası bununla bağlı araşdırmaya başlayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla