AZ

Marukyanın yeni xülyası – “Ruslar getdilər, bu ölkələrin sülhməramlıları gəlsin”

Rusiya sülhməramlılarının Qarabağdan – Azərbaycan ərazisindən çıxması Ermənistanda separatçı və revanşistlərdə yeni xülya yaradıb.

Teleqraf.com xəbər verir ki, belə sayıqlamalardan birini dilə gətirənlərdən biri Ermənistan hökumətinin keçmiş xüsusi elçisi Edmon Marukyandır.

Sayıqlamasının dozasını qaldıran Marukyan Skandinaviya ölkələrinin sülhməramlılarının Qarabağda yerləşdirilməsi təklifini verib:

“Rusiya sülhməramlı qoşunlarının Qarabağdan çıxarılmasına başlanılıb. İndi Skandinaviyanın sülhməramlı qoşunlarını gözləyirik. Onların (Ermənistan hökuməti) bizi necə inandırdıqlarını hamımız xatırlayırıq ki, Rusiya sülhməramlı qoşunları Qarabağı tərk edərsə, Skandinaviya sülhməramlıları gələcək”.

Marukyan Ermənistan hökumətini bu “vəd”ini yerinə yetirməyə çağırıb. Amma o bir şeyi unudur ki, haqqında bəhs etdiyi Ermənistan hökuməti Qarabağı Azərbaycan ərazisi olaraq tanıyıb. Lap tanımasa belə, nə Marukyan, nə Ermənistan hökuməti, nə də qeyrisinin Azərbaycan dövlətinin adından qərar vermək hüququ var. Məsələ bitib, qalanı yalnız arzu, istək və xülyaya dairdir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
56
Mənbələr
Şərh ()
Bağla