AZ

“Roma”dan De Rossi qərarı

İtaliyanın “Roma” klubunun baş məşqçisi Daniele De Rossi ilə bağlı qərar verilib.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi italiyalı mütəxəssislə yola davam edəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klub rəhbərliyi baş məşqçinin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artıracaq.

Qeyd edək ki, Daniele De Rossi bu ilin yanvar ayından “Roma”Nı çalışdırır. Komanda onun rəhbərliyi altında keçirdiyi 16 oyunda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 dəfə isə məğlub olub.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla