AZ

Tomas Tuxel: “Arsenal” üzərində qələbəyə layiq idik”

“Bayern”in baş məşqçisi Tomas Tuxel ÇL-in 1/4 finalının cavab ev oyununda “Arsenal” üzərində qazandığı qələbəni şərh edib.

Arena.az xatırladır ki, ilk oyunda Londonda “topçular”la 2:2 hesablı heç-heçə oynamış Almaniya nəhəngi, Münhendə keçirilmiş oyunda 1:0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

“Birinci hissədə şahmat partiyası yaşandı. Heç kim ilk səhvi etmək istəmirdi. Hamı diqqətli oynadı – bizim məqamlarımız oldu, “Arsenal”ın məqamları oldu. Fasilə zamanı komandanı fərdilik nümayiş etdirməyə, bir az da cəsarətli oynamağa sövq etdik. Daha hərəki oynadıq və ikinci hissəni fantastik keçirdik. Biz bu qələbəyə layiqik.

Azarkeşlərin qarşısında oynamaq həmişə daha yaxşıdır. Hər mübarizəniz və hər yaxşı fəaliyyətinizlə, sizi götürən və sizə ikinci bir nəfəs verən dəstək alırsınız. İndi yarımfinaldır və hamı addım atmalıdır – həm biz, həm də azarkeşlərimiz.

Bu gün skamyada üç boş yerimiz vardı. Digər tərəfdən, zədə alan olmayıb. Devis, Koman və Qnabrini itirmişdik, ona görə də mütləq sürətlə oynaya bilmədik. Həll yollarını tapmaq lazım idi və biz bunu komanda şəklində etdik. Mən uşaqlara təşəkkür edirəm və onları bu nailiyyət münasibətilə təbrik edirəm. Hamımız çox xoşbəxtik”, deyə Tomas Tuxel bildirib.

Xatırladaq ki, “Bayern” Çempionlar Liqasının yarımfinalında İspaniya nəhəngi “Real”la qarşılaşacaq.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla