AZ

AQTA sədri dönər zəhərlənmələrindən danışdı

Bakı. Trend:

Bizdə istehlakçıların ictimai nəzarəti aşağı səviyyədədir.Azərbaycanda 100 min nəfərə görə zəhərlənmə 4 hadisə, AvropaBirliyi ölkələrində isə 10 hadisədir. Azərbaycanda 2023-cü ildə başverən 143 zəhərlənmənin 104-ü məişətdə baş verib. Bu ondan xəbərverir ki, bizim ilkin istehsal zamanı qablaşdırmadan, saxlanmadan,satışdan daha çox biz özümüz onu istehlak edərkən, ev şəraitindəhəmin qidanı təhlükəli edirik.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahidsağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədədeyib.

O qeyd edib ki, qidanın təhlükəliliyi yalnız onun istehsalı,daşınması, qablaşdırılması prosedurunda deyil, eyni zamanda, onunistehlakı prosedurundadır.

“Azərbaycanda son zamanlar dönərxanalarda baş verənzəhərlənmələrlə əlaqədar mətbuatda da məlumat yayıldı. Qəribə dəolsa, Azərbaycan satıcısı hələ də elementar gigiyenik qaydalaraəməl edib əllərini lazımi şəkildə yuya bilmir. Məsələn, qəssabmətbəxdə iş görən zaman bıçaqla əlini zədələyir və orada irinliyara əmələ gəlir. Həmin irinli yaranı da asanlıqla dönərə və yaxudlüləyə keçirir.

Beləliklə, 30-40 adamda mədə-bağırsaq pozğunluqları ilə bağlıhal ortaya çıxır. İnsanlarda belə bir təəssürat yaranır ki, bu,həmin qidanın özündə baş verən pozuntu ilə bağlıdır. Əslində,qidanın özü ilə düzgün davranmaq qaydalarına riayət etməyiöyrənməliyik.

Bizdə nədənsə elə təəssürat yaranıb ki, digər ölkələrdə qidahəddindən artıq sağlamdır, bizdə isə ona qarşı münasibət həddindənartıq kritikdir. Bu belə deyil. Tam məsuliyyətlə bildirməkistəyirəm ki, Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir”, - deyə o əlavə edib.

Seçilən
54
3
Mənbələr
Şərh ()
Bağla