AZ

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxardı

Bakı. Trend:

“Google” şirkətinin İsrail hökuməti ilə biznes əlaqələrinə sonqoyması tələbi ilə ötən gün oturaq etiraz aksiyası keçirən 28əməkdaşı işdən çıxarılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamadaəməkdaşların “şirkət siyasətlərini pozduqlarına görə” maddəsi iləişdən çıxarıldığı qeyd edilib.

Etirazçılar bir neçə “Google” ofisi qarşısında nümayiş, Nyu-Yorkvə Kaliforniyada isə 10 saatlıq oturaq aksiya keçiriblər. Aksiyalarzamanı 9 nəfər həbs edilib.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS qruplaşması İsrailinnəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrailordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misirvə Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitaratəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsipozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpaedib.

Seçilən
48
6
Mənbələr
Şərh ()
Bağla