AZ

Livan iş adamının öldürülməsinə görə Mossad-ı günahlandırdı

Livan biznesmen Məhəmməd Srurun ölümündə Mossad-ı günahlandırıb.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Livanın daxili işlər naziri Bessam Mevlevi Associated Press-ə (AP) verdiyi açıqlamada, aprelin 10-da Beyrutun şimalındakı Metin rayonunda qaçırıldıqdan sonra ölü tapılan 57 yaşlı valyutadəyişmə məntəqəsinin sahibi Srurun Mossad tərəfindən edam edildiyini bildirib.
 
Livan kəşfiyyat orqanlarının Srurun edamının arxasında Mossadın dayandığına dair ittihamlarına işarə edən Mövlevi \"Qətlin törədildiyi yol bizi bu nəticəyə gətirdi\", - deyə bildirib.

Mövlevi şübhəlilərin hadisədən əvvəl Beyrutun Beyt Meri qəsəbəsində saxta Livan şəxsiyyət vəsiqəsi ilə üç mərtəbəli villa kirayə etdiklərini və təhlükəsizlik bölmələrinin şübhəlilərin qəsəbəyə girib-çıxış görüntülərini araşdırdıqlarını bildirib.

Srurun bədənində çoxlu güllə izlərinin tapıldığını qeyd edən Mövlevi qətllə bağlı istintaqın davam etdiyini və yekunlaşdıqdan sonra ictimaiyyət və məhkəmə orqanları ilə paylaşılacağını bildirib.
 
Mikayıl
Seçilən
28
Mənbələr
Şərh ()
Bağla