AZ

Kirill Budanov Rusiya-Ukrayna müharibəsinin nə qədər davam edəcəyi haqda danışdı

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlamaqla “strateji səhvə” yol verib.

Editor.az bildirir ki, bu fikri aprelin 17-də dərc olunan “The Washington Post” qəzetinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. Onun sözlərinə görə, Putin “öz təbliğatının qurbanı oldu” – Kreml “onların cəmiyyətini həddən artıq qızdırıb, onların dünyanın ən güclü və hər şeyə qadir olduğunu söyləyib”. Budanov qeyd edib ki, Putinin özü də buna inanmağa başlayıb.

Lakin “məlum olub ki, onların silahlı qüvvələri düşündükləri qədər güclü deyil” – Baş Kəşfiyyat İdarəsinin rəisi deyib. O, vurğulayıb ki, rusların 70%-dən çoxu Putinin müharibəsini dəstəkləyir. Budanov hesab edir ki, “bu rejim Rusiyada oldıqca bu müharibə davam edəcək, bu, növbəti rejim zamanında dəyişə də bilər, dəyişməyə də bilər, lakin bir fürsət pəncərəsi olacaq”.

//Samir Qurbanov, Editor.az

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla