AZ

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“Azərbaycan

Bakı, 18 aprel, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” biblioqrafiyası çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə müstəqillik illərində bu elm ocağında müdafiə olunmuş dissertasiya, çap olunmuş kitab və monoqrafiyaların biblioqrafiyası yer alıb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

Kitabın layihə rəhbəri və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru Ədəbiyyat İnstitutunun elmi katibi dosent Aygün Bağırlı, tərtibçisi Elektron xidmətlər şöbəsinin müdiri dosent Zakirə Əliyeva, ixtisas redaktoru Sona İbrahimovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan toplu “Ədəbiyyatşünaslıq elminin müasir inkişafının biblioqrafik icmalı” yazısı ilə başlayır. Həmin yazı Azərbaycan dilindən başqa, türk, ingilis və rus dillərində də verilib.

 

 

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla