AZ

Xaricdən alınan nəqliyyat vasitələrinin dəyərində 140 milyon dollarlıq azalma olub

Cari ilin birinci rübündə Azərbaycana 468 milyon 517 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələri gətirilib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə nəqliyyat vasitələri və onların hissələrinin gətirilməsinə çəkilən xərc keçən ilin eyni dövrü ilə müqayisədə 140 milyon 574 min ABŞ dolları, yaxud da 23% azdır. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana gətirilən nəqliyyat vasitələri və onların hissələrinə çəkilən xərc 609 milyon 91 min ABŞ dolları olub.

Qeyd edək ki, bu dövrdə idxal olunan nəqliyyat vasitələri və onların hissələri ümumi idxalın 15.11 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla