AZ

Qubada avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Qubada avtomobillərdən oğurluq etməkdə təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüqar Seyidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Elvin Məmmədov Quba rayonu ərazisində bir neçə avtomobildən müxtəlif aksessuarlar, eləcə də tanımadığı şəxsə məxsus tövlədən 6 baş xırdabuynuzlu heyvanı oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla