AZ

Burkina Faso üç fransız diplomatını ölkədən çıxarır

Burkina-Faso pozuculuq fəaliyyəti ilə məşğul olan üç fransız diplomatı “arzuolunmaz şəxs” elan edib. Onlar 48 saat ərzində Burkina-Fasonu tərk etməlidirlər.

APA-nın məlumatına görə, bu barədə “France24”ə Xarici İşlər Nazirliyindəki mənbədən bildirilib.

Qeyd olunub ki, Burkina-Fasoda sentyabrda baş verən çevriliş zamanı hakimiyyətə gələn qüvvələrin təsiri ilə iki ölkə arasında 1961-ci ildə imzalanan Hərbi Əməkdaşlıq haqqında Müqavilə ləğv edilib.

Bundan sonra Fransanın səfiri geri çağırılıb. Onun hələ də Uaqaduquya geri qayıtmadığı bildirilib.

Dekabrın 1-də Burnika-Faso hökuməti 4 fransız diplomatı casusluq ittihamı ilə həbs edib. Daha sonra diplomatlar ev dustaqlığına buraxılıb. Onların ölkə ilə bağlı məlumatları vaxtaşırı Fransa hökumətinə ötürdüyü qeyd olunub.

Daha sonra dekabr ayında ölkə hökumətinin qərarı ilə yerli şirkətlərdən birində işləyən iki Fransa vətəndaşı da ölkədən çıxarılıb.

Xatırladaq ki, Fransa artıq Mali və Burkina-Fasodakı hərbi missiyalarının fəaliyyətini dayandırıb. Daha sonra həm bu ölkədən, həm də Malidən qoşunlarını çıxarmağa başlayıb.

Seçilən
57
8
Mənbələr
Şərh ()
Bağla