AZ

Rusiyada gəmiqayırma zavodunun rəhbəri dəyişdirilib

Oleq Tyukaev “Krasnoye Sormovo” gəmiqayırma zavodunun baş direktoru vəzifəsini müvvəqəti icra edən təyin edilib. Bu vəzifədə o, müəssisənin direktorlar şurasının qərarı ilə səlahiyyətlərinə xitam verilən Mixail Perşini əvəz edib.

Herbiand.az gəmiqayırma zavodunun mətbuat xidmətinə istinadən bildirir ki, bu təyinata qədər Oleq Tyukaev baş direktorun istehsalat üzrə müavini vəzifəsini tutub.

Qeyd edək ki, Mixail Perşin 2018-ci ilin yanvarında “Krasnoye Sormovo” gəmiqayırma zavodunun rəhbəri olub.

“Krasnoye Sormovo” 1849-cu ildə əsası qoyulmuş Rusiyanın ən qədim gəmiqayırma zavodlarından biridir. Sovet dövründə şirkət 300-dən çox sualtı qayıq və xilasedici maşın tikib modernləşdirib. Onlardan 25-i nüvə enerjisi ilə işləyib. İndi zavod etibarlılıq və təhlükəsizlik üzrə beynəlxalq konvensiyaların tələblərinə cavab verən ticarət gəmiləri inşa edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla