AZ

Bayram tətillərində uşaqlara ev tapşırıqlarının verilməsi qadağan oluna bilərmi? - Rəsmi Açıqlama

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bayram tətillərində məktəblilərə ev tapşırıqlarının verilməsinin qadağan edilməsi məsələsinə münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov danışıb.

"Bizdə dövlət standartı var və hələ ki bu standartlarda bir dəyişiklik yoxdur. Uşaqların hər təhsil pilləsində, təhsil səviyyəsində əldə etməli olduğu bilik və bacarıqlar var. Buna nail olmaq üçün təhsilverənlərin əlində müxtəlif qiymətləndirmə və ölçmə alətləri olmalıdır. Bəzi hallarda müəllimlərin özünün müxtəlif yanaşmaları da ola bilər. Bunun bir hissəsi də ev tapşırıqlarının verilməsi ola bilər.  Bu gün elə bir qərar müzakirə olunmur və tapşırıq yoxdur ki, ev tapşırıqları verilməsin və ya ləğv olunsun. Biz hələ ki, ənənəvi qaydada davam edirik" , - deyə o əlavə edib.

Qeyd edək ki, qonşu Türkiyədə bayram tətillərində məktəblilərə ev tapşırıqlarının verilməsi qadağan olunub.

Billurə Yunus

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla