AZ

Bakıda ata qızına xəsarət yetirdi

Bakının Xəzər rayonunda 1977-ci il təvəllüdlü Hətəm ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qızı Xumara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Hətəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hətəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Xumar ilə kirayə yaşadıqları evdə mübahisələri yaranıb: “Bu zaman əsəblərimi idarə edə bilməyərək Xumara şillə vurdum. Saçından tutaraq geri dartdım və əlini sıxaraq itələdim. Hadisədən sonra qızım məndən polisə şikayət etdi”.

İş üzrə zərərçəkmiş Xumarın sözlərinə görə, anası ilə atasının arasında münasibətlər gərgindir: “Atam dəfələrlə evdə münaqişələr yaradib. Sonuncu dəfə ailə-məişət zəminində yaranmış münaqişə zamanı atam məni şillə ilə vurdu. Saçımı yoldu və əlimi sıxaraq xəsarət yetirdi”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Hətəmin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat,az
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla