AZ

Amid Əliyev: "İran və İsrail arasında böyük müharibənin olması ehtimalı olduqca azdır"

“Hazırkı məqamda İran və İsrail arasında böyük müharibənin olması ehtimalı olduqca azdır. Bunu təsdiq edən real faktlar var. Belə ki, son hücum zaman İranın hərbi elitasına bir dahaaydın oldu ki, onların əlində olan silah arsenalı ilə İsrailə qalib gəlmək olmaz. İkincisi, İran çox gözəl bilir ki, real müharibə şəraitində onu dəstəkləyəcək ölkələrin sayı az olacaq. Üçüncüsü isə, doğrudan da müharibə başlayacaqsa, o zaman birinci növbədə İranın nüvə mərkəzləri vurulacaq ki, bu da sonda İranın bölgədə və regionda siyasi çəkisini azaltmış olacaq. İrandan fərqli olaraq İsrail bu gün də İrana cavab vermək imkanını axtarır. Lakin məsələ o qədər də asan deyil. Hazırda İsraildə Netanyahu hakimiyyətinə qarşı böyük narazılıq və etimadsızlıq var. Bu hətta ABŞ səviyyəsində belə ifadə olunur. Netanyahunun həkimiyyətə gəlməsi ilə Fələstinə qarşı müharibə və buna laqeyid olmayan dünya birliyi eləcə də narazı İsrail vətəndaşlarından ibarət etiraz dalğası yarandı. İndiki məqamda İrana qarşı geniş müharibəyə başlamaq isə əks təsirə də bərabər ola bilər”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.

O qeyd edib ki, ehtimal etmək olar ki, İsrail daha çox nöqtə vuruşlarına, məhəllə savaşlarına və yenə də SEPAH liderlərinin qətl seriyasına başlaya bilər.

“Amma bundan artıq fəaliyyətin göstərilməsi İsrail üçün də ağır nəticələrə səbəb ola bilər. O ki, qaldı Azərbaycanın bu məsələdəki yerinə və balanslı siyasətinə İran bizim qonşumuzdursa, İsrail də bizim strateji tərəfdaşımız və müttəfiqimizdir. Azərbaycanın xarici siyasətinin əsas ana xətti qonşumuza qarşı üçüncü ölkələrin ərazidən istifadə imkanı verilməsi və eyni zamanda da müttəfiqimizin milli maraqları da qorunsun. Buna görə bu məsələdə Azərbaycan bitərəf mövqe tutaraq problemin danışıqlar masasında həll olunması prinsipinə üstünlük verir. Hesab edirik ki, Azərbaycan sona qədər bu prinsipini qoruyub saxlamqla eyni zamanda hər iki dövlət arasında vasitəçi olmaq şansını da qazanmış olacaq”.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla