AZ

Depressiyaya qarşı üç məhsulun adı AÇIQLANDI

Həkimlər depressiya ilə mübarizə aparmağa kömək edəcək TOP məhsulları açıqlayıblar.

İnterpress.az xəbər verir ki, tədqiqatlar müəyyən qidaların depressiya əlamətləri ilə mübarizə aparmağa kömək edə biləcəyini göstərib.

Depressiya həyat keyfiyyətimizə əhəmiyyətli dərəcədə təsir edə biləcək ciddi bir psixi pozğunluqdur. Dərmanlar, psixoterapiya və həyat tərzi dəyişiklikləri də daxil olmaqla depressiyanın bir çox müalicəsi var.

Həkimlər depressiyaya qarşı üç məhsulun adını açıqlayıblar:

  1. Pendir;
  2. Yağlı dəniz balığı;
  3. Dazı otu  çayı.

Pendirdə serotonin istehsalına kömək edən triptofan var. Balıqda çoxlu omeqa-3 var ki, bu da depressiya əlamətlərini azaltmağa kömək edir və dazı otu çayı sadəcə olaraq zehni sakitləşdirir.

Bundan əlavə, tünd şokolad və yarpaqlı göyərtilər də antideprisant sayılır.

Tünd şokoladın tərkibində beynə qan axını yaxşılaşdıran flavanollar, antioksidantlar var. Tədqiqatlar göstərir ki, tünd şokolad yemək depressiya əlamətlərini azalda və əhvalınızı yaxşılaşdıra bilər.

İspanaq, kələm kimi yarpaqlı göyərtilər əhval-ruhiyyəni tənzimləyən nörotransmitter olan serotonin istehsalı üçün vacib olan B vitamini olan fol turşusu ilə zəngindir. Tədqiqatlar göstərir ki, fol turşusu səviyyəsi aşağı olan insanlarda depressiya əlamətləri daha çox olur.

Qeyd etmək lazımdır ki, bu məhsullar depressiya üçün ənənəvi müalicə vasitələrini əvəz etmir.

Bununla belə, bu qidaları pəhrizinizə daxil etmək cari müalicə strategiyanızı tamamlaya və psixi sağlamlığınızı yaxşılaşdırmağa kömək edə bilər.

Pəhrizdən başqa, məşq, yuxu və stressdən qaçınmaq kimi depressiyaya kömək edə biləcək digər həyat tərzi dəyişiklikləri də var.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla