AZ

Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb 

Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım bölməsinə həkim təyinatı olub. Sözügedən vəzifə Şahin Əsgərliyə həvalə olunub.
 
Bu məlumat Aztibb.az-a Samux RMX-dan verilib.
 
Bildirilib ki, Şahin Əsgərli 2000-ci ildə Gəncə şəhərində anadan olub. 2017-2023-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2022-ci ildə Almanyanın Siegen şəhərində Kardiologiya ixtisası üzrə təcrübə kursunda iştirak edib.
Seçilən
77
Mənbələr
Şərh ()
Bağla