AZ

AFFA-nın yeni prezidenti 2 vəzifəli şəxsi iclasa buraxmadı

AFFA prezidenti Rövşən Nəcəf yeni qadağa qoyub.

Aprelin 2-də federasiyanın başına gələn idarəçi İcraiyyə Komitəsinin (İK) iclaslarında kənar şəxslərinə iştirakına icazə verməyib.

Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov və İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə onun göstərişi ilə qapıdan geri qaytarılıb.

R.Nəcəfin tapşırığına əsasən, ali qərarverici orqanın toplantıları bundan sonra tam qapalı şəraitdə keçiriləcək.

O, elan edib ki, İK üzvü olmayan şəxslərin yığıncaqlara qatılması yalnız bir halda mümkün olacaq - sahəvi məsələlər müzakirə edilərkən.

E.Abbasov hazırda faktiki olaraq PFL prezidentinin səlahiyyətlərini icra edir.

Çünki ötən ilin dekabrında Xankəndi-Ağdam yolunda avtoqəza keçirən qurumun prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyev hələ də müalicə prosesi keçdiyindən, gündəlik iş prosesində iştirak etmir.

Qapı arxasında qalan digər şəxs - E.Tağızadə futbol ictimaiyyətində Elşad Nəsirovun «sağ əli»kimi tanınır. O, AFFA-nın vitse-prezidentinin yaxın adamı olaraq həmişə İcraiyyə Komitəsinin iclaslarında iştirak eləyib.

SPORTİNFO.AZ

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla