AZ

Özünə yer tapmayan sürücü sonda qəzaya səbəb oldu - VİDEO

Paytaxtın Nəsimi rayonunda sürücü qayda pozaraq qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 17-si saat 18:48 radələrində qeydə alınıb. “KIA Rio” markalı maşın, 10-NN-703 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub.  Belə ki, “KIA” sürücüsü hərəkətdə olduğu zolaqdan öncə orta, daha sonra isə sola keçir. Həmin zolaqda olan “Mercedes” sürücüsü önündə avtomobili dayandığı üçün sağa manevr edir. Bu zaman “KIA”nı idarə edən sürücü yenidən orta zolağa keçərək manevr edən maşını gözləmir. Nəticədə qəza qaçılmaz olur.

Nərmin

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla