AZ

Rusiyadan Qərb dövlətlərinə qarşı üçün yeni PLAN: Gizli sənəd yayıldı

“Rusiyanın Ukrayna müharibəsindən sonra regionda ABŞ-nin gücünü zəiflətməsi ehtimalı kifayət qədər yüksəkdir. Necə ki ABŞ Rusiyanın ayrı-ayrı regionlardan sıxışdırılıb, çıxarılması ilə bağlı müvafiq fəaliyyəti həyata keçirir, eyni şəkildə Rusiya da Qərbin Rusiyanın konkret maraq dairəsi kəsb edən ərazilərindən çıxarılması istiqamətində müəyyən planlar qura bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Həmsöhbətimiz “The Washington Post” qəzetinin Rusiya XİN-in gizli sənədlərinə istinadən dərc etdiyi məlumatları şərh edib.

Onun sözlərinə görə, xüsusilə də Rusiya-Ukrayna müharibəsində Qərbin dəstəyinin kəskin şəkildə azalması fonunda bu, digər dövlətlər üçün də bir göstərici hesab oluna bilər.

“Yəni kiçik Qərb dövlətləri artıq ABŞ-ın onların təhlükəsizliyini təmin edə biləcək fəaliyyət göstərmədiyi qənaətinə gəlirlər. Rusiya da bundan maksimum şəkildə faydalanmağa çalışaraq, ayrı-ayrı regionlarda bu cür fəaliyyətin həyata keçirilməsini planlaşdıra bilər. Lakin bu, post-Ukrayna dövrünə aid olan məsələlərdir”- deyə o əlavə edib.

Politoloq vurğulayıb ki, bu gün Rusiyanın başı olduqca qarışıqdır:

“İstər Ukrayna cəbhəsindəki vəziyyət, istərsə də ayrı-ayrı regionlarda ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı geniş cəbhə açmaları fonunda Moskva mövcud olanları qorumaqla kifayətlənməlidir. Amma təbii ki, Ukrayna müharibəsinin nəticələrindən asılı olaraq, növbəti perspektivdə Rusiyanın da bu istiqamətdə hansısa planlar üzərində işləməsi və bir sıra addımlar atacağı istisna deyil”.

Xatırladaq ki, “The Washington Post” qəzeti yazıb ki, Rusiya Qərb düşmənlərini, o cümlədən ABŞ-ı zəiflətmək və Ukraynadakı müharibədən Amerikanın hökmranlığından azad qlobal nizam yaratmaq üçün istifadə etmək planları hazırlayır.

Rafi Müslümov

Seçilən
52
50
Mənbələr
Şərh ()
Bağla