AZ

Süni intellektdən qoruna biləcək sahələr sadalanıb

Süni

Amerikalı milyardçı Bill Qeyts süni intellektin sürətlə inkişafı səbəbindən işdən çıxarılma riskinin ən aşağı olduğu iqtisadiyyatın üç sahəsindən söz açıb.

Reyting.az
-ın "Naked Science" nəşrinə istinadla verdiyi məlumata görə, "Microsoft"-un qurucusu Bill Qeyts "ChatGPT"-nin yaradıcısı, “OpenAI” şirkətinin direktoru, proqramçı və blogger, daha çox Sem Altman (Samuel Harris Altman) kimi tanınan milyardçıya deyib ki, artıq işlərin bir hissəsini süni intellektə həvalə etmək olar.

Bill Qeyts əlavə edib ki, yaxın gələcəkdə süni intellektdən qoruna biləcək iqtisadiyyatın üç sahəsini müəyyənləşdirmək gərəkdir.

B. Qeytsin fikrincə, yaxın gələcəkdə bir neçə sahə özünü sığortalaya bilər. Onun sözlərinə görə, biotibb, alternativ enerji, eləcə də süni intellektin özündə çalışan mütəxəssislərin qorxmasına ehtiyac yoxdur.

Öz fikirlərini ümumiləşdirən B. Qeyts S. Altman ilə söhbətində sonra bunları deyib:

"Fakt budur ki, indi süni intellekt sahəsində daha mürəkkəb alqoritmlərin yaradılma tendensiyası var; biotibb innovasiyalara, fərdiləşdirilmiş tibbə və xəstəliklərlə mübarizədən ötrü davamlı tədqiqat, inkişafa ehtiyacın səbəbindən sürətli inkişaf. Təmiz və alternativ enerji sektoruna investisiya yatırımında isə çox nəzərəçarpacaq artım var ki, bu da yalnız insanların öhdəsindən gələ biləcəyi yeni, texnoloji həllini tapa biləcək tələblərin yaranmasına gətirib çıxarır".

Bütün bunlara baxmayaraq B. Qeyts süni intellektdən çəkinməməyin vacib olduğunu bildirib.

Oqtay QORÇU
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla