AZ

Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ 

Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, sertifikatlaşdırma iyunun 24-də keçiriləcək.

"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - deyə Eşqi Bağırov qeyd edib.

Məhərrəm Əliyev, Bizim.Media
 

Seçilən
9
28
Mənbələr
Şərh ()
Bağla