AZ

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb

Son illər Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Bu infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 aprel 2024-cü il tarixində Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bildirmişdir ki, yenidən inşa ediləcək bu kanal Şirvan kanalı adlandırılır və minlərlə insan bu layihədən faydalanacaqdır.

Ölkəmizin başçısı vurğuladı ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaqdır, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər bir sıra infrastruktur layihələr icra olunmuşdur. Azərbaycanda həyata keçirilən bu layihələr ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Taxtakörpü-Ceyranbatan suvarma kanalı, Taxtakörpü su anbarının və Şəmkirçay su anbarının tikintisi bu layihələrdəndir. Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapmışdır. Belə ki, qazlaşdırmanın səviyyəsi 96 faizə çatmışdır. Elektrik enerjisinin təminatında və yeni elektrik stansiyalarının yaradılmasında əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq. Ölkəmizdə yeni müasir yollar tikilmişdir.

Bu görülən işlərin Azərbaycanın bir hissəsinə aid olduğunu diqqətə çatdıran cənab Prezident işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdən də bəhs etmişdir:  Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim əsas çaylarımız xaricdən gəlir, ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir. Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. 

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Seçilən
83
22
Mənbələr
Şərh ()
Bağla