Hindistan öz hava qüvvələri üçün xaricdən 6 ədəd yanacaq dolduran təyyarə almaq niyyətindədir.
Herbiand.az xəbər verir ki, bu barədə Indian Defence News portalı xəbər verir.
Yeni Dehli alış üçün Amerika və Avropa variantlarını - Boeing və ya Airbus şirkətlərini nəzərdən keçirir. Söhbət “Boeing 767” avialaynerinin bazasında hazırlanmış KC-46 “Pegasus” və ya Airbus şirkətinin çoxməqsədli A-330 MRTT təyyarəsindən gedir.
Hazırda Hindistan Hərbi Hava Qüvvələri öz təyyarələrini yanacaqla doldurmaq üçün Sovet istehsalı və 30 ildən çox yaşı olan İl-78 təyyarələrindən istifadə edir.
Bəxtiyar CƏFƏRLİ