AZ

Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ 

“Agentlik  4 əsas istiqamət üzrə fəaliyyət göstərir. Bunlar təhsilalanların nailiyyətlərinin izlənilməsi, peşəkar təhsilverənlərin formalaşdırılması, şəffaf idarəetmənin tətbiqi və müasir təhsil infrastrukturunun yaradılmasıdır".

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində səsləndirib.

O bildirib ki, 16 qrant layihəsi - alternativ məktəbəqədər təhsil pilot qrant proqramı icra edilib: 

"İcma əsaslı qruplara 17000-ə yaxın uşaq cəlb olunub. Monitorinq və yoxlamalar zamanı 40-a yaxın müdir işdən çıxarılıb. 200-ə yaxın müdirə isə töhmət, xəbərdarlıq, şiddətli töhmət verilib".

Məhərrəm Əliyev, Bizim.Media
 

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla