AZ

Azərbaycanda orta ömür statistikası aşağıdır - Eyyub Hüseynov

 Ümümdünya Səhiyyə Təşkilatının statistikasına görə Azərbaycanda orta ömür aşağıdır. Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsenov deyib. 
 
"Statistika görə Azərbaycanda aptek şəbəkələri 10 dəfə çoxdur. Dərman biznesi yüksəkdir. Araşdırmalar göstərir ki, ömür azlığının 50 faizi isə qida ilə bağlıdır. Elə etməliyik ki, bu vəziyyət dəyişsin. Orta insan ömrü uzansın", - Hüseynov  aprelin 18-də parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. 
 
Hüsenov təklif edib ki, qida ilə bağlı sahibkarların yoxlanılması vacibdir. 
 
Hazırkı qanunvericiliyə görə sahibkarların yoxlanılması prosesi dayandırılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla