AZ

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Almaniya

Bakı, 18 aprel, AZƏRTAC

Almaniya Federal polisi insan qaçaqmalçılığında şübhəli bilinən mütəşəkkil dəstəyə qarşı miqyaslı əməliyyatı davam etdirir.

AZƏRTAC xəbər verir ki, əməliyyatla bağlı 116 yaşayış yerində axtarışlar aparılacaq. Dəstənin üzvləri xarici ölkə vətəndaşları üçün qanunsuz yaşayış icazələri almaqda ittiham olunurlar.

Əməliyyatın gedişində indiyədək səkkiz federal ştatda ikisi vəkil olmaqla, on nəfər saxlanılıb. Onların Çin və ərəb ölkələrinin vətəndaşlarından yaşayış icazəsi üçün 30 min - 350 min avro arasında pul aldığı iddia edilir.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla